Rusiya müxalifətinin lideri Aleksey Navalnı Moskvada həbs olunub.
Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ona qarşı “razılaşdırılmamış mitinqə çağırış” maddəsi ilə ittiham irəli sürülüb.
Navalnı İnstaqram hesabında bildirib ki, o, Nijni Novqoroddakı evinin qarşısında saxlanılıb.