2 Noyabr 2017 19:10
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali dini rəhbəri Seyid Əli Xameneyi 1979-cu ilin noyabrında bir qrup tələbənin Tehrandakı ABŞ səfirliyinin əməkdaşlarını 444 gün girov saxlaması hadisəsinin ildönümü ilə əlaqədar bir qrup tələbə ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, ali dini lider görüşdə ABŞ rəhbərliyinin əleyhinə tənqidi fikirlər söyləyib.

Xameneyi deyib ki, ABŞ İranın əsas düşmənidir: “Bəziləri düşünür ki, Amerikaya qarşı bir az yumuşaq olsaq təzyiqlər azalacaq. Tarixi təcrübələr ABŞ-ın ona ümid edənlərə acımadığını göstərir. Bu saat ABŞ nüvə anlaşmasını pozmaq üçün əlindən gələn pisliyi edir. ABŞ-a cavab verməmək onu bir qədər də cəsarətləndirərdi. Tək yol dirənməkdir”.


Müəllif: Samir

Oxşar xəbərlər