17 Noyabr 2017 20:02
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Raymonds Veyonisə təbrik məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafının bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəyinə inandığını bildirib.

Azərbaycan Prezidenti latviyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Latviya xalqına daim sülh və rifah arzulayıb.

***

Prezident İlham Əliyev Omanın milli bayramı münasibətilə bu ölkənin Sultanı Qabus bin Səidə də təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Oman Sultanına möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər