20 Noyabr 2017 14:25
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Belçika krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə beynəlxalq forum keçirilir.

Bu barədə Forumun işində iştirak edən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu məlumat verub.

O deyib ki, forum "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlanır. Forumun statusu beynəlxalq statusdadır. Forumun işində dünyaca tanınan ünlü siyasətçilər, dövlət və ictimai xadimlər, böyük media quruluşlarının təmsilçiləri, müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən diaspor rəhbərləri, Bakıdan gələn dövlət və ictimaiyyət təmsilçiləri var:

"Əslində bu, möhtəşəm Qarabağ Forumudur. Avropanın paytaxtı sayılan Brüsseldə belə bir tədbir düzənləmək, oraya dünyanın hər yerindən nümayəndə toplamaq və bir çox tanınmış simaları bu Forumda iştirakçı etmək Azərbaycanın böyük uğurudur. Ən müxtəlif ölkələrdən gələn diaspor fəallarımız bu Forumdan böyük ruh və kurs alacaqlar, buna əminəm. Azərbaycan Prezident Administrasiyasının şöbə müdüri, prezident İlham Əliyevin köməkçisi Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun, digər dövlət yetkililərinin qatıldıqları və rəhbərlik etdikləri Forum dünyaya, dost -düşmənlərimizə və Azərbaycanın Avropadakı, digər ölkələrdəki gücü olan diasporamıza ciddi mesajdır. Forum Brüsselin tam qəlbində, "Marriott" hoteldə keçirilir. Mən müşahidə etdim ki, Forumun təhlükəsizliyi Brüssel tərəfindən yüksək səviyyədə təmin edilib. Bakıda belə səhnələrə alışmamışıq, lakin Brüsseldə bizim otelin çevrəsini silahlı əsgərlərin qoruması olduqca maraqlı görünürdü".

Forum işinə Bakı vaxtı ilə saat 1-də start verir.

"Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq Forumun açılış mərasimini Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov həyata keçirəcək.

Proqrama görə I Panelin iclası "Yeni dünya düzənində separatizm dalğası. Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi" adlanır.

İclasın moderatoru Francis Martin O’Donnelldir. Musavat.com bildirir ki, o, Beynəlxalq və Avropa Məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, BMT-nin Ukraynada rezident əlaqələndiricisi, səfir olub(2004-2009).

Spikerlər də olduqca maraqlı simalardır:

Viktor Yuşenko, Ukraynanın Prezidenti (2005-2010);

Dalia Itzik, İsrail dövlətinin Prezidenti (2007) və İsrail parlamentinin spikeri (2006);

Dumitru Bragiş, Moldova Respublikasının Baş naziri (1999-2001);

Hasan Muratoviç, Bosniya və Herseqovinanın baş naziri (1996-1997);

Hannu Takkula, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvü;

Jesús López-Medel Báscones, İspaniyanın dövlət vəkili, sabiq deputat, Hüquq və Qanunvericilik Royal Akademiyasının üzvü;

Robert İlatov, İsrail Parlamentinin üzvü, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri;

Antje Herrberg, “Beynəlxalq Vasitəçilik və dialoq üzrə Avropa Forumu”nun (MediatEUr) təsisçisi və baş icraçı direktoru.

Musavat.com tədbirin gedişatı haqda məlumatları yeniləyəcək./musavat.com/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər