Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin Antalya görüşündə kürd məsələsi müzakirə edilməyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O bildirib ki, məsələ üç ölkə liderlərinin görüşündə müzakirəyə çıxarılacaq:
“Kürdlərin Suriya böhranı ilə bağlı Soçidə keçiriləcək görüşə dəvət məsələsinə üç ölkə liderlərinin görüşündə baxılacaq”.
Qeyd edək ki, görüş noyabrın 22-də Soçidə baş tutacaq.