28 Noyabr 2017 12:41
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Milli Təhlükəsizlik Qurumunun təcili iclası çağırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın deyib.

Onun sözlərinə görə, iclasda Pentaqonun YPG terrorçularına silah yardımı ilə bağlı verdiyi açıqlama müzakirə ediləcək.

Qeyd edək ki, Pentaqonun sözçüsü Erik Pahon bu gün verdiyi açıqlamada ABŞ-ın kürdlərə silah verməyi davam etdirəcəyini bildirib:
“Kürd tərəfdaşlarımıza İŞİD terror təşkilatını məğlub etmək üçün yardımı davam etdirəcəyik. Əsas odur ki, İŞİD geri dönməsin”.


Müəllif: Samir

Oxşar xəbərlər