Bu gün səhər saatlarında istanbulda FETÖ əməliyyatı keçirilib, polis yüzlərlə şəxsi həbs edib.
Teleqraf.com İstanbul Baş Prokurorluğunun məlumatına istinadən xəbər verir ki, FETÖ və PYD-yə qarşı keçirilən əməliyyat zamanı əvvəlcədən müəyyən edilən ünvanlara gedilib. Şübhəlilər həbs edilib. Hazırda aparılan əməliyyatla bağlı əlavə məlumat verilmir.
Əməliyyat zamanı həbs olunan 360 nəfərdən 343-ü əsgər, 27-si imamdır. Hərbçilərdən 7-sinin pilot olduğu bildirilir.