Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti “Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq parlament konfransında iştirak etmək üçün dekabrın 3-də Rusiya paytaxtı Moskvaya səfərə yola düşəcək.
Teleqraf.com xəbər verir ki, tədbirə dünyanın 60-dan çox ölkəsindən parlament rəhbərləri və aparıcı ekspertlər dəvət olunub.
Beynəlxalq konfransın plenar iclasında Rusiya Dövlət Dumasının sədri Vladimir Volodin və Dumadakı fraksiyaların liderləri, BMT-nin və Şanxay Əməkdaşlıq Təşkilatının təmsilçiləri, Rusiyanın xarici işlər və səhiyyə nazirləri iştirak və çıxış edəcəklər.
Milli Məclisin birinci vitse-spikeri “Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusuna həsr olunmuş seksiyada aparılan müzakirələrə qatılacaq.