ABŞ Prezidenti Donald Tramp Tvitterdən verdiyi açıqlamada keçmiş müşaviri Maykl Flinni Fedarl Təhlükəsizlik Bürosuna yaıan dediyi üçün işdən uzaqlaşdırıldığını bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bu yalanın utancverici olduğunu deyib: "Flinnin hərəkətlərində qanunsuz heç nə yoxdur. Ona görə də o, bu məsələni gizlətməməli idi".
Bu arada, Flinn Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsində FTB ilə birgə fəaliyyət barədə razılığa gəlib. O, bütün səhvlərini düzəltmək üçün bu addımı atdığını bildirib.
ABŞ mediası Flinninin prokuror Robert Müllerin apardığı işdə Tramp əleyhinə ifadə verəcəyini qeyd edib. Bu isə Flinnin Trampın impiçment prosesini başlatması deməkdir.
Bundan başqa, Müller Trampa casusluq edən FTB əməkdaşı Peter Strzoku vəzifəsindən azad edib.