Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclası keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək.
İclasda Avropada milli azlıqların dillərinin və regional dillərin qorunması, mədəni irs elementlərinin ticarətinə qarşı mübarizə, Avropada jurnalistlərin statusu, medianın güclənməsində və müstəqil fəaliyyətində milli parlamentlərin rolu və digər mövzularda müzakirələr aparılacaq.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə bu gün Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün 5-də Parisə yola düşəcək.
Tədbirdə Avropada atom təhlükəsizliyi, iqlim dəyişikliyi və Paris razılaşmasının həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
İclasda Sevinc Fətəliyeva “Münaqişələrdən zərər çəkmiş uşaqların qorunması” barədə məruzə edəcək.
Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın fakt araşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir. Deputat AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.