Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu ölkənin Daxili İşlər naziri Süleyman Soylunu məhkəməyə verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kılıcdaroğlunun vəkili Cəlal Çəlik açıqlama verib.
O bildirib ki, Soylunun məhkəməyə verilməsinə səbəb Kılıcdaroğlunu təhqir etməsidir.
Məlumatlara görə, Kılıcdaroğlu bu təhqirə görə Soyludan 100 min lirə (44,3 min AZN) təzminat istəyir.