Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə türk diplomatın Tvitter səhifəsində məlumat verilib.
Nazir bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.
Görüşdə üçtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə ediləcək.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.