Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada ABŞ-a meydan oxuyub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı BMT Baş Assambleyasında keçirilən Qüdslə bağlı səsvermə zamanı fikirlərini bildirib:
“Burada ABŞ hökumətinə səslənirəm. Dünya satlıq deyil. BMT-də təxribat etməyə son verin”.
Qeyd edək ki, səsvermədə 128 ölkə ABŞ-a qarşı çıxıb. 9 ölkə Vaşinqtonu dəstəkləyib. 35 ölkə tərəfsiz qalıb. 21 ölkə isə səsverməyə qatılmayıb.