22 Dekabr 2017 16:50
2 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada səfərdə olan Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson rusiyalı həmkarı ilə görüşdə zarafat edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, görüşdən əvvəl paltosunu və əlcəklərini Lavrova etibar etdiyini deyib:

“Mən paltomu və əlcəyimi, eləcə də bütün cibimdəkiləri Lavrova etibar etdim. Bilirəm ki, Lavrovda qalsa, onlara heç nə olmaz”.

Lavrovun buna cavabı gecikməyib: “Paltonun cibi boş idi”.

Conson Lavrovun bu zarafatına da zarafatla cavab verib: “Demək, ciblərimi artıq yoxlamısız?!”

Qeyd edək ki, Boris Conson ötən əsrin əvvəllərində Sultan İkinci Əbdulhəmid tərəfindən bir neçə dəfə sürgünə göndərilən, daha sonra Londona yerləşən Əli Kamalın nəslindəndir.


Müəllif: Samir

Oxşar xəbərlər