22 Dekabr 2017 17:57
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:30

Azərbaycan Prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Pinyera,

Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

***

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.


Müəllif: Teleqraf.com