Moskva ABŞ-la qarşıdurmanı gücləndirmək fikrində deyil, lakin istənilən aqressiyaya cavab verəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri RİA-ya müsahibəsində deyib.
O, qeyd edib ki, ABŞ-ın anti-Rusiya ovqatını gücləndirməsinə baxmayaraq, Rusiya tərəfi praqmatik münasibətini qoruyub saxlayır:
"Aqressiv həmlələrə cavab veririk, lakin qarşıdurmanın güclənməməsinə çalışırıq. Bundan sonra da bütün səyimizlə bu mövqeyimizi qorumağa, ABŞ-dakı həmkarlarımızın ikitərəfli dialoq əsasında təməl prinsiplərə qayıtmasına çalışacağıq. Bu təməl prinsiplərin içində başlıca yeri bir-birinin maraqlarına sayğı tutur. Bunlarsız münasibətləri sağlamlaşdırmaq mümkün də deyil”.
Rusiya ilə ABŞ arasında “dəmir pərdə”nin mövcud olması ilə bağlı suala isə XİN şefi belə cavab verib:
“İndiki mərhələdə “dəmir pərdə" termininin Rusiya-ABŞ münasibətlərinə aid olduğunu düşünmürəm”.