Dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.
***
"Rusiya dünya miqyasında sabitləşmə amilidir və beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır".
Xəbərə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə deyib.
Azərbaycanın dövlət başçısı qeyd edib ki, Rusiya MDB-ni birləşdirən ölkə, birliyin əsas dövlətidir. Buna görə də Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə təsir edir.
"Rusiya Vladimir Putinin rəhbərliyi altında ictimai-iqtisadi inkişafda çox böyük müvəffəqiyyətlərə nail olub. Rusiya beynəlxalq aləmdə böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır", - deyə Azərbaycan Prezidenti bildirib.