ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn ilə münasibətlərinin yaxşı olduğunu deyib.
Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Tramp yerli mediaya açıqlamasında danışıb:
“Onunla münasibətimiz çox yaxşıdır. Fikrimcə, siz buna təəcüblənəcəksiz”.
Tramp ABŞ-Şimali Koreya arasında danışıqların başlaması məsələsindən isə söz açmaq istəməyib.