Dağıstan Respublikasının Mahaçqala meri Musa Musayev vəzifəsindən sui-istifadə etməkdə günahlandırılır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin mətbuat katibi məlumat yayıb.
Bildirilib ki, mer 81 milyon rubl (2,4 milyon manat) mənimsəməkdə ittiham edilir. Bu səbəbdən onun evində və iş kabinetində axtarışlar aparılıb.
Qeyd edilib ki, mer bununla Mahaçqalaya külli miqdarda ziyan vurub və dövlət maraqlarını pozub.
Musayev dindirilmək üçün İstintaq Komitəsinə aparılıb. Onun barəsində cinayət işi başlandığı açıqlanıb.