Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə prezidentinin mətbuat xidməti məlumat verib.
Liderlər Soçidə keçirilən Suriya toplantısını müzakirə ediblər.
Ərdoğan və Putin Suriyada deesklasiya zonalarının sabit fəaliyyət göstərməsi üçün iki ölkənin səylərinin koordinasiya edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.