İran Suriya, İraq, Yəmən və Livandan qüvvələrini geri çəkməlidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson deyib.
O bildirib ki, İranın bölgədəki varlığı sabitliyi pozur.
Tillerson ABŞ əsgərlərinin İraqda qalması məsələsinə də toxunub:
“İraq Baş naziri Heydər İbadi də təsdiq edir ki, ölkədə İŞİD təhlükəsi tam bitməyib. İŞİD-i tam məhv edənə qədər ABŞ əsgərləri İraqdan çıxarılmayacaq. ABŞ-ın Suriyadakı hərbi varlıqlarının da məqsədi İŞİD-in məhv edilməsidir”.