22 Fevral 2018 10:54
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini, YAP-ın Sədr müavini və icra katibi Əli Əhmədov bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyətini partiyanın mənzil-qərargahında qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə YAP-ın sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəfaf keçiriləcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər