28 Fevral 2018 09:54
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə Hüquq Şurasının iclası keçirilib.

İclasda bir sıra məsələlər müzakirə olunub, həmçinin təşkilati məsələlərə baxılıb.

İclasda Ali Məhkəmənin sədri, şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanıb.

Şuranın yeni üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, ədliyyə naziri Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib.

Xatırladaq ki, F.Məmmədov 2005-ci ilin fevral ayından Məhkəmə Hüquq Şurasının sədridir./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər