BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası başa çatıb.
Bu barədə Teleqraf.com-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, artıq imzalar yekunlaşıb, sabah Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək:
"BAXCP-nin çox güclü rayon şöbələri var. BAXCP sədrinin imza toplama kampaniyasını 60 rayon şöbəsi toplayıb. Gözləndiyi kimi, 92 seçki dairəsindən 45 000 imzanı topladıq. Qanunvericilikdə 60 seçki dairəsini əhatə etməlidir. Sadəcə, bizim partiyanln potensialı buna imkan verdi ki, 92 seçki dairəsindən imzalar toplansın. Bu gün partiyanıın seçki qərargahında bütün imzalar yoxlanıldı və sabah müvaqfiq sənədlərlə birgə imzaları MSK təqdim edəcəyik."