E.ə. 2200-2109-cu illərdə türkdilli QUT tayfalarının qurduğu QUT ELİ qədim Dünya tarixində bənzəri olmayan bir dövlətdir. Qut eli dünyada ilk demokratik qurumlu dövlət idi. Şumer, Elam, Akad kimi böyük dövlətləri özünə tabe edən bu dövlətin vaxtında 100 il boyunca bütöv regionda sabitlik hökm sürürdü.
Vaxtilə ümumiləşdirici mahiyyət daşıyan subar, saqa, hun, türk, oğuz, qıpçaq etnonimi kimi, 1500 il ərzində QUT adı bəzi hallarda Dəclə-Urmu hövzəsində türklərin ümumi adına çevrilə bildi. Qut eli Ön Asiyada nüfuzu altında olan ölkələrə görə tarixdə ilk türk imperiyasi oldu.
Maraqlı cəhət ondan ibarətdir ki, dövlətin başçıları seçki ilə seçilirdi.
21 hökmdardan ibarət, bir dəfədən artıq seçilməyən elbəyilərin hakimiyyət illərini təqdim edirik.
2200-2198 – Nita, 5il (1 il əskik)
2197-2192 – İngeşuş, 6 il
2191-2186 – Sarlaqab, 6 il
2185-2180 – Yarlaqaş, 6 il
2179-2174 - Elulumeş 6 il
2173-2169 – İnimabakeş, 5 il (1 il əskik)
2168-2163 – İnqeşuş, 6 il
2162-2157 - Yarlaqab 6 il
2156-2151 (---------) 6 il
2150-2148 – (---------) 3 il
2147- 2145 – İbate, 3 il
2144-2142 – Yarlaqab, 3 il
2141-2140 - Kurum 1 il (2 il əskik)
2140-2138 – Habilkin, 3 il
2137-2136 – Laerabum, 2 il
2135-2134 – İrarum, 1il (1il əskik)
2133-2132 – İbranum, 1 il (1 il əskik)
2132-2131 – Hablum, 2 il
2130-2124 - Puzur Suen, 7 il
2123-2117 – Yarlaqanda, 7il
2116-2110 – Sium, 7 il
2109-... Tirikan, 40 gün
Bu sıralamada diqqəti çəkən 4 müxtəlif seçim ilidir. Qut Elinin bir əsirlik dövründə bu seçim müddəti üç dəfə dəyişdirilib: 6 illik elbəyilik 3 ilə endirilib, sonra 2-yə salınıb, nəhayət 7 il müəyyən edilib. Elbəyilərin hakimiyyət dövrünün nədən yarımçıq qalması aydın deyil. Qut elində bir əsr savaş olmadığı üçün hakimiyyət müddətinin ya xəstəlikdən, ya da yarıtmazlıqdan yarımçıq qaldığı güman edilir.
Siyahanın verdiyi əsas informasiya budur ki, ətrafdakı oturuşmuş dövlətlərdən fərqli olaraq, Qut elinin yarada bildiyi stabilliyin səbəblərindən biri, elbəyilərin seçim yolu ilə hakimiyyətə gəlməsi idi. Saray çevrilişinə yol verməyən seçki üsulu həm də daxili hakimiyyət davasının qarşısını alır, hakimiyyətə iddialı şahzadələrin gücə, hiyləyə əl atıb hökmdar ola bilməsi bu sistemdə yoxdur. Ona görə də 2200-ci ildə seçilmiş ilk elbəydən tutmuş son elbəyə qədər hamısının seçki ilə dövlətin başına keçdiyini görürük.
Müqayisə üçün deyək ki, məşhur Hammurapinin soyu I Babil sülaləsində ( e.ə.1894-1595 ) üç əsr boyunca atadan oğula keçən irsi hakimiyyətin cəmi 11 hökmdarı olub.
Bir əsrlik Qut elində isə 21 rəhbər seçilib.
Demokratik seçkinin gücü onda idi ki, seçim ilinin dəyişməsindən asılı olmayaraq, seçilən elbəyi ona ayrılan vaxtı başa vurmalı idi. Yalnız müstəsna hallarda istefa məsələsi gündəmə gətirilirdi.
Aydındır ki, Qut elində ciddi qayda-qanun olmuş, alınan qərarlara şərtsiz əməl edilimişdi. Dünya dövlətçilik tarixində ilk demokratik seçkiləri gerçəkləşdirən türk boyu qədim Azərbaycanda protoazər boylarından olan QUTLAR idi.
Ön Asiya və digər müsəlman ölkələri içində 1918-1920-ci illərdə yaradılmış Azərbaycan Demokratik Cumhuriyyəti ilk demokratik dövlət sayılır, lakin qaynaqlar və tarix Azərbaycanda hələ 4200 il əvvəl demokratik dövlət qurumu olduğunu ortaya çıxarır.