Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq müşahidəçi qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.
Məzahir Pənahov bildirib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçinin düşməsi deməkdir.
MSK sədri əlavə edib ki, indiyə qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.