ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş martın 20-də Vaşinqtonda baş tutacaq.
Bununla bağlı Ağ Evin sözçüsü Sara Sandres məlumat verib.
Görüş zamanı müzakirə ediləcək məsələlər açıqlanmır.