20 Mart 2018 21:08
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiyada keçirilən prezident seçkilərində qalib gələn hazırki prezident Vladimir Putini təbrik edib.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Şimali Koreya lideri Moskva və Pxenyan arasında olan dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib. Kim Çen In bu qələbəni xalqın Putinə olan dəstəyinin nəticəsi kimi qiymətləndirib.

Qeyd edək ki, martın 18-də Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin 76,51 faiz səs toplayaraq yenidən prezident seçilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər