22 Mart 2018 00:15
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Azər Kərimli martın 26-da Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, deputat Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri barədə söhbətlər aparılacaq.

Səfər martın 29-da başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər