26 Mart 2018 17:16
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan səfərindən əvvəl Atatürk aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, o, ilk olaraq Varnada təşkil ediləcək Türkiyə - Avropa Birliyi zirvə toplantısı ilə bağlı fikirlərini bölüşüb:

"Avropa Birliyinə tam üzvlük strateji hədəfimizdir. Bəzi dövlətlərin Türkiyənin Avropa Birliyinə üzvlüyünə mane olmasına imkan verməyəcəyik. Avropa Birliyi ilə danışıqları davam etdirəcəyik".

Ərdoğan Sincar məsələsinin bu gün Ankarada müzakirə ediləcəyini deyib:

"Sincar məsələsi ilə bağlı İraqdan yüksək səviyyəli nümayəndə Türkiəyə gələcək".


Müəllif: Samir

Oxşar xəbərlər