Norveçin “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ölkə başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Prezidentə ünvanlanan təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvarıq ki, yeni prezidentliyiniz müddətində Azərbaycana uğurlu rəhbərliyiniz davam edəcək və qlobal enerji sistemindəki mühüm keçid dövründə Azərbaycan dünyanı etibarlı və təhlükəsiz şəkildə enerji ilə təmin edən əsas beynəlxalq tərəfdaşlardan biri olaraq qalacaq.
“Statoil” Azərbaycan Respublikasının şirkətimizə olan inamına əsaslanan tərəfdaşlığımıza böyük dəyər verir.
Zati-aliləri, prezident seçkilərindəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin".