2018-ci il üçün ölkələr üzrə “Qlobal Sülh” indeksi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, siyahıda Azərbaycan da yer alıb.
163 ölkə arasında Azərbayca 104-cü yerdədir. Azərbaycan bu göstəriciyə görə qonşu dövlətlərdən daha sülhsevərdir.
Ermənistan siyanının 120-ci yerində dayandığı halda Gürcüstan 132, Türkiyə 149, Rusiya isə 154-cü yerdədir.
7 ildən çoxdur müharibənin davam etdiyi Suriya isə siyahının sonuncu pilləsində özünə yer tapıb.
Mütəxəssislərə görə, dünyanın ən sülhsevər ölkələri İslandiya, Yeni Zelandiya və Avstriyadır.