12 İyun 2018 13:32
2 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qanun siyasi partiyaların fəaliyyətini qanun özündə ehtiva edir. Lakin qanunda bəzi dəyişikliklərə ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov "Siyasi partiyalar haqqında" qanuna təklif edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili xüsusən, qanunun 8-c maddəsində siyasi partiyada təmsil olunanalarla bağlı məhdudiyyətlərə etiraz edib:

“Həmin maddədə göstərilib ki, kimlər partiya üzvü ola bilər. Bu maddədə qeyri-müəyyənlik var. Həmin maddədə göstərilir ki, maliyyə orqanı, vergi, gömrük orqanları, dövlət televiziyası və dövlət mətbu orqanları təmsilçiləri siyasi partiyada təmsil olunmamalıdır. Buna səbəb nədir? Mərkəz Bankın İdarə Heyətinin üzvü niyə siyasi partiyada ola bilməz? “

Millət vəkili həmçinin siyasi partiyaların maliyyə hesabatlılığında da şəffaflığın olmadığını deyib: “Bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə hesabat vermir. Bu zaman qeyri-şəffaflıq ortaya çıxır. İndi öz aralarında mübarizəyə başlayırlar ki, bu qədər pul gəlir, lakin düzgün bölünmür. Bu da ölkədəki siyasi sistemlə bağlı mənfi rəy yaradır”.


Müəllif: Cavad

Oxşar xəbərlər