9 İyul 2018 21:16
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyada (Moskva) görüşü planlaşdırılır.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə bir sıra məsələlər, o cümlədən, danışıqlar prosesinin bərpası müzakirə ediləcək.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəliyev deyib.

Politoloq danışıqların bundan sonrakı mərhələsində Ermənistan tərəfdən kimin iştirak edəcəyinə də toxunub:

“Danışıqlarla bağlı bir sıra qeyri-müəyyən məsələlər hələ də həlsiz qalır. Bunlardan biri Ermənistan tərəfindən danışıqlar prosesinin başında kimin dayanacağı ilə əlaqədardır. Bu barədə son həftələrdə Ermənistandan qeyri-müəyyən fikirlər səsləndirilir. Baş nazir Nikol Paşinyan açıq formada danışıqlar prosesindən boyun qaçırır. Müxtəlif versiyalar var ki, danışıqlar prosesinə Ermənistan Prezidenti Armen Sərkisyan edəcək.

Amma Ermənistan prezidentinin səlahiyyətləri kifayət qədər azdır və demək olar ki, danışıqlarm prosesinə başçılıq edə bilməz. Armen Sərkisyan danışıqlar prosesində Azərbaycan prezidenti ilə müzakirə edəcək tərəf kimi qəbul edilə bilməz.

İlqar Vəlizadənin sözlərinə görə, son zamanlar Ermənistan tərəfindən müsbət bəyanatlar səsləndirilir: “Amma bu bəyanatların arxasında hansı məqamların dayandığı məlum deyil. Azərbaycana quru bəyanatlar yox, real vəziyyət lazımdır. Yəqin ki, bir sıra məsələlər xarici işlər nazirlərinin Moskvadakı görüşündən sonra məlum olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər