13 İyul 2018 01:42
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Gəncə şəhərində polis zabitlərinə qarşı törədilmiş terror aktı ilə əlaqədar bəyanat qəbul edib.

Partiyadan Teleqraf.com-a daxil olan məlumata görə, AKP rəhbərliyi bəyanatında terror aktını pisləyib.

Bəyanatda deyilir:

“AKP Mərkəzi Komitəsi Gəncədə baş verən olayları , Azərbaycan dövlətçiliyi əlehinə yönəlmiş bir hadisə kimi dəyərləndirir və ideoloji baxışlarından asılı olmayaraq bütün siyasi partiyaları, ictimaiyyət nümayəndələrini, ziyalıları, zəhmət adamlarını milli maraqlar ətrafında birləşməyə çağırır. AKP qeyd edir ki, ölkəmiz üçün yaranmış belə təhlükəli anlarda milli maraqlarlar əlehinə olan hər hansı məsələ heç vaxt müzakirə mövzusuna çevrilməməli, və buna təhlükə yarandıqda isə hər bir Azərbaycan vətəndaşı öz qəti mövqeyini ortaya qoyaraq , milli birlik nümayiş etdirməlidir.
Azərbaycanda, terrora və terror çağırışlarına qarşı sərt addımlar atılmalı, zinayətkarlar aşkar olunaraq ziddi zəcalandırılmalıdırlar. Azərbaycan xalqı heç bir vəcdlə ona düşmən qüvvələrin respublikamızda yaratmaq istədikləri özbaşınalığa, vətəndaş tabesizliyinə, xaosa yol verməməlidir. Sosial şəbəkələrdə, KİV-də dövlətçilik əleyhinə çağrışlar yolverilməzdir və bunun qarşısı tam ciddiyyəti ilə alınmalıdır.

XXI əsrin əsas probleminə çevrilmiş terror bütün bəşəriyyət əleyhinə yönəldilmiş bir aksiyadır. Azərbaycan dövləti bu cür xoşagəlməz hadisələrlə dəfələrlə qarşılaşmış və həyatın bu ağır sınağından milli birlik nümayiş edərək alnı açıq çıxmışdır. Bu dəfə də belə olacaq. Heç bir xarici qüvvə Azərbaycan xalqının iradəsini qırıb, onun milli birliyini poza bilməz.

Terrorizmə qarşı mübarizə təkcə bir dövlətin yox, bütün tərəqqipərvər bəşəriyyətin birgə mübarizəsi olmalıdır. Azərbaycan kommunistləri bütün dünya dövlətlərini terrorizmlə birgə mübarizə aparmağa çağırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər