21 İyul 2018 20:11
2 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdəbil və Culfanın imam cümələri Həsən Amuli və Salar Səncəri İranın təhsil naziri Məhəmməd Bəthayinin ana dillərinin tədrisinin təhlükəli və qadağan olduğu haqda səsləndirdiyi fikirlərə münasibət bildiriblər.

Teleqraf.com xəbər verir ki, H.Amuli deyib:

“Allah öz nişanələrini sıralayanda dilləri də ilahi nişanələr kimi təqdim edib. Hər kəs dillərin necə formalaşmasına diqqət yetiribsə, o adam nəhayət, Allaha çatıb. Allahın müdaxiləsi olmasaydı, dillərin formalaşması, həmçinin onların çeşidliliyi mümkün olmazdı. Allahın nişanələrinə hörmət edib, onları qoruyub saxlamaq bizim hamımızın borcudur. Yerli dillər və bütün ana dilləri insanın məqsədini anlatmaq və duyğularını çatdırmaqdan əlavə həm də ilahi nişanə olduqları üçün xüsusi əhəmiyyət kəsb edirlər. Ona görə də onlara qarşı çıxanlar, əslində Allaha qarşı çıxmış olurlar”.

Məhəmməd Bəthayinin sözlərini “böyük yanlışlıq” adlandıran Ərdəbil imam cüməsi əlavə edib ki, “biz onun sözlərinə qarşı olmaqla yanaşı hökumət rəsmilərini ölçülü və düzgün söhbət etməyə çağırırıq. Kimsə öz təşəxxüsündən kənar məsələlərə müdaxilə etməsə, belə hadisələr də ortalığa çıxmaz”.

Culfanın imam cüməsi Salar Səncəri isə təhsil nazirini daha sərt şəkildə tənqid edib.

“Ölkədə bir çox problem yaşandığı halda, bu adam ana dilinin tədrisinə qadağa qoymağa çalışır. Cənab nazir, bunlar nə sözlərdir?! Türk dili bizim ana dilimizdir. Biz başqa dildə danışa bilmərik. Siz bizim ana dilimizi necə qadağan edə bilərsiniz?! Nə üçün məktəb və universitetlərdə xarici dillərin tədrisinə qadağa tətbiq etmirsiniz, amma bizim əhalinin ana dilini qadağan edirsiniz?! Siz ana dillərini qadağan etmək yerinə müəllimlərin irəli sürdükləri tələbləri təmin etsəydiniz, daha yaxşı olardı”, – deyə o bəyan edib.

Culfanın imam cüməsi təhsil nazirinə xitabən vurğulayıb ki, “siz bu gün tutduğunuz vəzifəni canlarını fəda etmiş türk gənclərinin qanına borclusunuz. Onlar şərəf, qeyrət, cəsarət və kişiliyi türk dilində analarından öyrəniblər, biz heç vaxt belə bir dili inkar edə bilmərik”.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər