31 İyul 2018 21:58
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya prezidenti Sercio Mattarella Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.

S.Mattarella qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hərbi həll yoluna malik ola bilməz, münaqişə yalnız siyasi yolla həll olunmalıdır.

Prezident vurğulayıb ki, İtaliya ATƏT-ə sədrlik dövründə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətin balanslaşdırılmasına davam edəcək, o cümlədən ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər