3 Avqust 2018 16:18
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT sədrinin şəxsi nümayəndəsi, 20 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan Anjey Kaspişik Xankəndində terrorçuların başçısı Bako Saakayanla görüşüb. Hesab edirəm ki, bu, Kaspişikin ötən illər ərzində Qarabağdakı separatizmə etdiyi xidmətin növbəti nümayişidir. Əgər onun məqsədi münaqişənin həllinə yardım etməkdirsə, niyə Qarağabağın azərbaycanlı icması ilə görüşmür?

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Anjey Kaspişik hər dəfə Qarabağdakı separatçıların görüşünə xüsusi hazırlıqla gedir:

“Buna görə də düşünürəm ki, Qarabağ münaqişəsinin həllində Anjey Kaspişikin postu ləğv edilməlidir. Onsuz da onun fəaliyyət yalnız erməni işğalını və separatizmi legitimləşdirməyə xidmət edir.

Mən Anjey Kaspişikə yazılı mürcaiət edib, münaqişənin həll prosesində heç bir səlahiyyəti olmayan teroroçu Bako Saakyanla görüşü barədə izahat tələb edəcəm. Onun Bako Saakyanla görüşü nəyə xidmət edir? Əgər sorğuma cavab verməsə, Anjey Kaspişiki terrorçu qrumun rəhbəri ilə görüşdüyünə görə məhkəməyə verəcəm”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, bu illər ərzində onun fəaliyyəti ciddi araşdırılmalı və Azərbaycan tərəfindən onun işğal olunmuş ərazilərə girişinə qadağa qoyulmalıdır: “Anjey Kaspişikin terrorçularala görüşü qəbuledilməz faktdır. ATƏT nüçayəndəsi Saakyanla görüşməklə separatçı rejimi münaqişədə tərəf kimi qəbul etdiyini bildirir”.


Müəllif: Mənsur Rəğbətoğlu