17 Sentyabr 2018 16:44
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradla tarixi hadisə qeyd olundu. 15 sentyabr zəfərinin təntənəli şəkildə qeyd olunması əhəmiyyətlidir. Çünki bu, Azərbaycan tarixində mühüm hadisələrdən biridir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

Azərbaycan Xalq Cümhurhiyyətinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda mesajlar göndərildiyini xatırladan ekspertin sözlərinə görə, sentyabrın 15-də keçirilən parad həmin mesajların davamı idi: “Tarixi paralellər aparıldı, 100 il öncə Azərbaycan Türkiyə necə yanbayan vuruşubsa, bu gün də eyni vəziyyətdir. Azərbaycan-Türkiyə birliyi ermənilərə bir mesaj idi”.

Ermənistan parlamentinin “Şant-2018” hərbi təlimləri çərçivəsində şərti olaraq Azərbaycana müharibə elan etmək qərarına toxunan Azad İsazadənin fikrincə, reallıqda təlim oyundur və oyunla bağlı müvafiq əmrlər, sənədlər qəbul edilir: “Amma bunlar iş əmrləridir, detallar çox açıqlanmır, piar kampaniyası aparılmır. Ermənistan isə parlament səviyyəsində müharibə elan edir. Əslində bu iş montajçının əlində 1 saatlıq işdir, təlim slaydı yığıb sayta da qoya bilərdi. Heç təlim keçməyə ehtiyac yoxdur. Ermənistanda təlim keçirilməsi gülünc idi. Parlamentin qəbul etdiyi oyun qərarı Azərbaycan üçün nəzərdə tutulmuş mesajdır. Təlim vaxtı heç bir real dövlət kimisə düşmən kimi göstərmir. Rənglər göstərilir, qırmızılar göylərlə döyüşür və sair. Bunlar isə birbaşa Azərbaycana müharibə elan elədilər, faktiki olaraq göstərdilər ki, müharibəyə hazırlaşırlar”.

Azərbaycan ordusunun bu gün başladığı irimiqyaslı təlimlərdən danışan hərbi ekspert qeyd edib ki, hərbi tədris planına uyğun olaraq ilboyu təlimlər müxtəlif səviyyə və miqyasda keçirilir: “Bu gün başlanan təlim Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir. Təlim həm də ordunun gücü və qüdrətini göstərilir. Azərbaycana təlim keçirmək üçün səbəb lazım deyil. Çünki torpaqlarının 20 faizi işğal olunub və ordu ərazilərinin azad olunması üçün təlim keçirməlidir. Təlimin sənədlərində Ermənistanın adı çəkilmir, parlament hər hansı qərar çıxarmır. Sadəcə olaraq ordu təlim keçir. Əlbəttə, məqsəd işğal olunmuş torpaqları azad etməkdir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər