27 Sentyabr 2018 00:49
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu Yorkda Harvard Klubunda Trans-Xəzər ölkələrinin və ABŞ-ın dövlət rəsmilərinin və işgüzar dairələrinin iştirakı ilə “Xəzər Biznes Forumu” keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, Xəzər Siyasət Mərkəzi, ABŞ Ticarət Palatası və Azərbaycan, Gürcüstan, Qazaxıstan və Əfqanıstanın ABŞ-dakı Səfirlikləri tərəfindən təşkil edilmiş Forumda Trans-Xəzər regionunun iqtisadi inkişaf və sərmayə potensialının gücləndirilməsi üçün imkanlar, regionda həyata keçirilən irimiqyaslı layihələr və gələcək əməkdaşlıq perspektivləri, həmçinin ABŞ və iştirakçı ölkələr arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, ABŞ şirkətləri ilə yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Forumda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov respublikamızın regiondakı liderliyini və ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində indiyədək həyata keçirilmiş və hazırda reallaşdırılan enerji və nəqliyyat bağlantıları layihələrinin, xüsusilə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin regionun və qitənin dayanıqlı inkişafına və iqtisadi yüksəlişinə əvəzsiz töhfə verdiyini qeyd edib. Eyni zamanda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması istiaqmətində həyata keçirilən struktur islahatları barədə məlumat verərək, biznes strukturlarını ölkədə mövcud olan imkanlardan fəal yararlanmağa dəvət edib.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalının davam etdiyini vurğulayan nazir işğalın regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla tammiqyaslı regional əməkdaşlığa maneə törətdiyini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən etibarən hər il ABŞ-da təşkil olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər