Avropa Parlamentinin Avstriyadan olan deputatı Jaromir Ştatina Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində səfər edib.
Teleqraf.com xəbər verir ki, o, Xankəndində Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb.
Görüşdə Avstriya ilə separatçılar arasındakı münasibətlər müzakirə olunub.
Saakyan separatçılara verdiyi dəstəyə görə, Jaromir Ştatinaya təşəkkür edib.
Qeyd edək ki, bundan əvvəl Cənubi Kipr parlamentinin üzvləri Yorqos Perdikis və Mikayis Giorqalas Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmişdilər. Cənubi Kiprin Avropa Parlamentindəki deputatı Eleni Teoharous da nümayəndə heyətinin tərkibində olub.
Qanunsuz səfərə Azərbaycan tərəfindən rəsmi olaraq etiraz edilib.