26 Oktyabr 2018 20:43
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda VI Beynəlxalq Humanitar Forumun keçirilməsi çox mühüm hadisədir. Bu onu göstərir ki, Azərbaycan dünya inkişaf tendensiyasını izləməklə qalmır, həm də onda aktiv şəkildə iştirak edir.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu sözləri rus mütəfəkkir Aleksandr Duqin Bakıda keçirilən Humanitar Forum haqda danışarkən deyib.

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Forumun açılışında etdiyi çıxışı çox bəyəndim. Bu çıxışında o, bəşəriyyətin müasir humanitar inkişafında Azərbaycanın tutduğu yeri olduqca düzgün vurğuladı – müstəqil, suveren, inkişaf edən.

İlham Əliyev çıxışı zamanı forum tarixində iz qoyacaq bir ideya səsləndirdi: Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq.

Bu çox dəyərli fikirlərdir. Multikultural dialoqların milləti, dini, irsi yoxdur. Biz bütün millətlərin dəyərlərinə hörmət etməliyik. İlham Əliyev bunu altından xətt çəkərək qeyd etdi və Azərbaycan cəmiyyətinin bu sahədə qazandığı uğurları sadaladı. Bu bəşəriyyətin mövcudluğunu qoruyan əsas dəyərlərdən biri, bəlkə də birincisidir”, - Duqin bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər