11 Noyabr 2018 23:28
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil-qərargahında Səudiyyə Ərəbistanının Əmək və sosial inkişaf naziri Əhməd Əl-Rachi Səudiyyə Hökuməti adından İƏT Əmək Mərkəzinin Nizamnaməsini imzalayıb. Beləliklə, Türkiyə və Azərbaycandan sonra Səudiyyə Ərəbistanı Mərkəzin nizamnaməsini imzalayan 3-cü ölkə olub.

Teleqraf.com xəbər verir ki, imzalama mərasimində İƏT Baş katibi Yusif Əl-Useymin və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Şahin Abdullayev iştirak ediblər.

Xatırladaq ki, mənzil-qərargahı Bakıda olacaq İƏT Əmək Mərkəzinin yaradılması təşəbbüsü İƏT Əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilmiş 2-ci sessiyası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. İƏT Əmək nazirlərinin 2015-ci ilin oktyabrında Cakartada keçirilmiş 3-cü sessiyasında Mərkəzin nizamnaməsi qəbul edilib və 2016-cı ilin oktyabrında İƏT XİN Şurasının Daşkənddə keçirilmiş 43-cü sessiyasında təsdiqləndikdən sonra üzv ölkələrin imzasına açıq elan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər