16 Noyabr 2018 19:43
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxta pasport məlumatları ilə qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyana viza verib sonra məsuliyyətdən qaçmaq üçün Fransanın “Dağlıq Qarabağ Respublikası”nı tanımır tipli bəyanat verməsini Azərbaycan qəbul etmir və etməyəcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri barədə danışarkən deyib.

Onun sözlərinə görə, qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan Fransada əhəmiyyətsiz görüşlər keçirəndən sonra qayıdıb özünü şişirəcək ki, bizi tanıyırlar, eşidirlər:

“Fransa isə onun qeyri-rəsmi görüşlər keçirdiyini bəyan edəcək. Hansısa senator qanunsuz şəkildə Qarabağa gəlir, Fransa tərəfi deyir ki, sərbəst adamdır, ona qadağa qoya bilmərik.
Fransanın xırda şəhərlərinin merləri xəritədə Dağlıq Qarabağı necəsə tapıb gəlirlər, dostluq və əməkdaşlıqla bağlı müqavilə imzalayıblar. Hansı dostluqdan, əməkdaşlıqdan söhbət gedə bilər? Fransadan Ermənistana gəlib baş çıxarmaq müşkül məsələdir, o ki qaldı Qarabağa səfər mümkün olsun”, -deyə deputat vurğulayıb.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər