20 Noyabr 2018 15:38
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus başçısı Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyev arasında olan etimad səviyyəsi çox yüksəkdir”.

Teleqraf.com xəbər verir ki, bunu Belarusdan olan iqtisadçı Lev Marqolin deyib.

Ekspertin sözlərinə görə, Lukaşenkonun Azərbaycana böyük simpatiyası var və bu ölkə üçün ata bilməyəcəyi addım yoxdur:

“Belarus Azərbaycan üçün bütün sirləri açır. Azərbaycan Belarus üçün o qədər maraqlı bir ölkədir ki, Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırdır”.

L.Marqolin qeyd edib ki, Azərbaycan və Belarus arasında iqtisadi münasibətlər yüksək səviyyədə inkişaf edib: “Bu əlaqələr və qarşılıqlı maraqlar olduqca güclüdür. Buna görə də, Ermənistanla münasibətləri təhlükə qarşısında qoymağa hazırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu