21 Noyabr 2018 00:59
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün sabah Helsinkiyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Büronun iclasında Gürcüstanda prezident seçkilərinin müşahidəsinin nəticələri, Moldovada və Ermənistanda keçiriləcək parlament seçkiləri, Assambleyaya daxil olma və davranış qaydaları və s. barədə məsələlərə baxılacaq.

Daimi komitənin yığıncağında “Bərabərlik və qeyri-diskriminasiya” mövzusunda fikir mübadiləsi aparılacaq, Avropa Şurası Nazirlər Komitəsinin, qurumun Sosial işlər, sağlamlıq və davamlı inkişaf, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin fəaliyyəti müzakirə olunacaq.


Müəllif: Cavad