27 Noyabr 2018 08:44
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin başçısı Bako Saakyanın son günlərdəki “fəallığı” diqqət çəkməkdədir. Belə ki, o, Fransa və ABŞ-ın ardınca Rusiyaya səfər edib. Təbii ki, burada ilk diqqət çəkən məqam Saakyanın səfər etdiyi ölkələrin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olmasıdır.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, yaxın zamanlarda separatçı rejim tərəfindən cəbhə xəttində vəziyyəti gərginləşdirə biləcək addımlar müşahidə edə bilərik:

“Həmçinin, Saakyan tərəfindən Paşinyanı narahat edəcək bir neçə açıqlamanın verilə biləcəyi ehtimalıdır. Təbii ki, Saakyanı ən çox narahat edən amil Nikol Paşinyanın baş nazir seçiləcəyi və parlamentdə üstünlük əldə edəcəyi təqdirdə Qarabağ klanının mövqeyinin zəifləyəcəyi və bu hadisələrin fonunda onun qondarma rejimdəki gələcəyi ilə də bağlıdır. Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda parlamentdə üstünlüyü ələ aldıqdan sonra qondarma rejimdə də eynisini etməyə çalışacaq və köhnə rejimin qalıqlarını oradan da təmizləmək istəyəcək. Xüsusilə də Qarabağ məsələsinin taleyi ilə bağlı narahat olan Qarabağ klanı Saakyanın bütün səylərini dəstəkləyəcəklər. Lakin bütün bunları görən Paşinyan seçiqabağı təbliğat-təşviqat kampaniyası dövründə Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar verməklə Qarabağ klanını və Saakyanı yumşaltmağa çalışacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər