28 Noyabr 2018 20:58
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər. Biz uzun müddətdir deyirik ki, adamların dərdi Azərbaycanda insan haqları, demokratiya və sairə deyil. Onların dərdin yalnız qarın davasıdır. Sadəcə olaraq “haradan daha çox pul qopara bilərik” davasıdır. Yəni, bu adamlar özlərini daha baha qiymətə satmaq üçün dəridən-qabıqdan çıxırdılar.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Avropada, ABŞ-da oturan ağaları – onlara bu və ya digər şəkildə maliyyə ötürən mərkəzlər gördülər ki, adamların fəaliyyətinin heç bir effekti yoxdur:

“Yəni, onlar Azərbaycan ictimai rəyinə təsir edə bilmirlər. Təsir edə bilmədiklərinə görə də onlara pul ötürən mərkəzlər artıq əllərini bunlardan üzdülər və üzüncə də təbiidir ki, ortada bir problem yarandı. Yəni başımızı hansı pulla saxlayaq və qarnımızı hansı pulla doyduraq. Ona görə də indi Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birinin üstünə düşüblər. Onların iddia etdiyi əsas məsələ bir qıraqda qalıb və bir-birlərinin üstünə düşərək ittiham edirlər. Bu təbiidir. Çünki belə hal ilk dəfə baş vermir. Onlara qədər də bu və ya digər şəkildə bu cür proseslərdə adı hallanan xeyli şəxs olub. O şəxslər də bir müddət guya demokratiya, insan haqları və sairə uğrunda mübarizə apardıqlarını, cəfakeş kimi özlərini təqdim ediblər. Amma pulları tükənəndə təbii ki, o adamlar da tükəniblər və meydandan çəkilib gediblər. Niyə? Çünki ağaları pul vermir və pul vermirsə bizdə işləmirik. Bax bunların əsl siması budur”.

A.Həsrət əlavə edib ki, indiyədək heç zaman Məhəmməd Mirzəli və Tural Sadıqlı adlı adamların adlarına rast gəlməyib:

“Mən bu adları Avropada oturub Azərbaycana təhqir kampaniyası apardıqları zaman öyrənmiş oldum. Sual olunur; bunlar kim idi, haradan ortaya çıxdılar. Təbii ki, onların pulu kəsilincə bir-birinin üzərinə düşməsi tam təbii haldır”.

Qeyd edək ki, artıq bir neçə gündür xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir birinə qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlərini demokratiya carçsı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərib, sifariş yerinə yetiriblər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər