13 Dekabr 2018 13:42
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər naziri Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, görüşün gün ərzində baş tutacağını bildirib:

“Görüşdə ikitərəfli əməkdaşlığın əsas aspektləri, regional və beynəlxalq məsələlər müzakirə olunacaq”.

Qeyd edək ki, nazir sabah Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Bakıya gələcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər