14 Dekabr 2018 09:54
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi mart ayına qədər imzalana bilər".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini qeyd edib ki, Aİ-dəki seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq Azərbaycan üçün əsas məsələ sazişin paraflanaraq imzalanmasıdır: "Düşünürəm ki, Aİ-də keçiriləcək seçkilərin nəticələri Azərbaycanla bağlanacaq sazişə təsir etməyəcək. Çünki hər iki tərəf sazişin imzalanmasında maraqlıdır".


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər